Ermənistan mediası “razılığın əldə olunmadığı”nı deyir, bizdə də buna istinad edənlər var.
Halbuki, Yevlax görüşü hansısa razılığın əldə olunması üçün yox, erməni əhalisinin ehtiyaclarının öyrənilməsi və onlara bundan sonra nə edəcəklərini çatdırmaq məqsədi daşıyırdı. Gələn nümayəndələr Xankəndinə qayıdıb müzakirə etməli, cavab verməlidirlər.
Hazırda əsas məsələ erməni silahlılarının çıxarılması, tərki-silah edilməsini həyata keçirməkdir. Ki, indi bu proses aparılır. Ermənilərin nəsə şərt irəli sürmək, etiraz etmək, müqavimət göstərmək potensialı sıfıra bərabərdir. İstənilən xoşagəlməz halda isə sahədə hazır vəziyyətdə olan ordu yenidən işə başlayacaq.
Politoloq Asif Nərimanlı
QAZİLER.AZ