Antiterror tədbiri, Yevlaxda görüş... - Daha sonra nələr olacaq? - Nazim Cəfərsoy

Antiterror tədbiri, Yevlaxda görüş... - Daha sonra nələr olacaq? - Nazim Cəfərsoy backend

"Qarabağda anti-terror əməliyyatını uğurla qazandıq və tərki-silah prosesi gedir. Nəticələr üçün bir az gözləməyə və rəsmi açıqlamalara ehtiyac var".

Qaziler.az-ın məlumatına görə bu fikirlər siyasi şərhçi Nazim Cəfərsoya məxsusdur. O, qeyd edib ki, sülhməramlıları bölgədən çıxarmaqda təmkinli olmaq lazımdır:

"Yevlaxdakı görüş sülhü qazanmaq və məsələni kökündən həll etmək məqsədini daşıyır. Burda dinc inzibati vasitələrlə işi ağılla və soyuqqanlı aparma lazımdır. Dövlət də onu edir.

Rusiya sülhməramlılarının çıxması prosesini də ağıllı və təmkinli aparmaq lazımdır. Bu cür mühüm geosiyasi məsələlər hurreylə aparılmır. Dövlət bunu da uğurla aparacaq, inşallah.

Daha əvvəl demişdim ki, Rusiya bizim Ermənistanla müharibəni udmağımıza mane olmayacaq. Dediyim oldu.

Daha əvvəl demişdim ki, Rusiya Qarabağda antiterror əməliyyatına mane olmayacaq. O da həyata keçdi.

Demişdim, Rusiya sülhməramlıları azərbaycanlıların Xankəndinə sakin kimi qayıtmasına da kömək edəcək. O da olacaq.

Səbirli olun və gözləyin!".

QAZİLER.AZ

Diaspora