Sentyabrın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı lokal xarakterli antiterror tədbirlərinin başa çatması və Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələrin silahı yerə qoymaları və tərk-silah olmaları barədə fikir mübadiləsi aparılıb.
Dövlət başçıları Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduqlarını vurğulayıblar.
Azərbaycan və Türkiyə prezidentləri qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən gələcək təmaslar və strateji müttəfiqlik əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
***
20.09.2023
22:59
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Məlumata görə, Türkiyə dövlət başçısı Azərbaycan Prezidentindən Qarabağdakı son vəziyyətlə bağlı məlumat alıb.
“Ərdoğan bir daha İlham Əliyevə Türkiyənin Azərbaycana ürəkdən dəstəyini ifadə edib. Görüş zamanı iki lider ölkələrini yaxından maraqlandıran regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar”, - məlumatda bildirilir.(apa)