Yenə eyni ssenarini həyata keçirməyə çalışırlar.
Qaziler.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu bu gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti xidmət aparan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobilin atəşə tutulması ilə bağlı bildirib.
"İkinci Qarabağ müharibəsinin son günlərində Azərbaycanın hava sahəsində qəfil Rusiya helikopteri peyda oldu, səhvən vuruldu, işimizi bitirə bilmədik. İndi də biz separatizmlə işi bitirməyə yaxın olarkən, separatçılar ağ bayraq qaldırarkən, sabahkı Yevlax görüşünə hazırlaşarkən, yenə təxribatla üzləşdik, Rusiya hərbi kontingentinə atəş açılıb, ölənlər var. Məqsəd aydındır, bu təxribatı planlaşdıranlar Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsinə mane olmaq istəyənlərdir", - deyə politoloq qeyd edib.
QAZİLER.AZ