Hikmət Hacıyev: “BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasının keçirilməsinə ehtiyac yoxdur”

Hikmət Hacıyev: “BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasının keçirilməsinə ehtiyac yoxdur” backend

“Sentyabrın 19-da erməni birləşmələri Şuşanı ağır artilleriya ilə atəşə tutublar”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, bəzi dövlətlərin ölkəmizə qarşı çevik bəyanatları bizi narahat edir:

“Bunlara baxmayaraq beynəlxalq ictimaiyyət bu məsələlərlə bağlı daimi məlumatlandırılır. Azərbaycan Respublikasının legitim narahatlığı onların diqqətinə çatdırılırır”.

H.Hacıyev əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasının keçirilməsinə ehtiyac yoxdur:

“Bu iclas keçirilərsə, Azərbaycan öz legitim narahatlığını ifadə etməyə hazırdır”.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov isə bildirib ki, dünya dövlətlərinin atacağı bəzi addımlar sülh gündəliyinə mane yarada bilər.