Ermənistanın baş naziri Nikol Paşinyan 2021-ci ildən bəri Qarabağ ərazisində Ermənistan silahlı qüvvələrinin heç bir hərbi qulluqçusu olmadığını bildirib.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, Paşinyanın iddiasına görə, İrəvan Azərbaycanın Ermənistan hərbçilərinin bölgədən çıxarılması ilə bağlı verdiyi bəyanatdakı məqamı anlamır. O qeyd edib ki, Qarabağda erməni hərbçilərinin olmadığını dəfələrlə bildirildiyini vurğulayıb.
“Ermənistan Respublikası Silahlı Qüvvələrinin qalan hissələri haqqında” fikir qeyd olunur. Bu fakt bizə aydın deyil, biz dəfələrlə demişik ki, 2021-ci ildə, avqustdan bəri Ermənistanın Dağlıq Qarabağda ordusu yoxdur”, - Paşinyan qeyd edib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda antiterror tədbirlərinə başlandığını elan edib. Bu əməliyyatın əsas məqsədi konstitusiya quruluşunun bərpası idi. Hadisələrlə bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyinə məlumat verilib.
Sentyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan hərbçilərinin tərksilah edilərək bölgədən çıxarılmasını elan edib. Bu proseslərin həyata keçirilməsi Rusiya sülhməramlı kontingenti ilə razılaşdırılaraq təmin edilib. Hərbi əməliyyatların tam dayandırılması barədə də razılıq əldə olunub.
QAZİLER.AZ