Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçiriləcək

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə  Yevlaxda görüş keçiriləcək backend

"Sentyabrın 21-də Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçiriləcək".

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək", - açıqlamada qeyd olunub.

Diaspora