"Artıq son sözü də nə Vaşinqton, nə də digərləri yox, Bakı deyəcək" - Asif Nərimanlı

"Artıq son sözü də nə Vaşinqton, nə də digərləri yox, Bakı deyəcək" - Asif Nərimanlı backend

"Blinken Bakıdan antiterror tədbirlərin dayandırılmasını istəyib. Əliyev də ona başa salıb ki, tədbirlər yalnız terrorçular təslim olduğu və tərki-silah edildiyi halda dayandırılacaq".

Qaziler.az xəbər verir ki, bu haqda paylaşımı politoloq Asif Nərimanlı edib. O, ABŞ Dövlət katibi Antoni Blinkenin Qarabağda başladılan antiterror əməliyyatlarına reaksiyasını qısa şərh edib:

"Azərbaycan dəfələrlə separatçılara reinteqrasiya prosesini müzakirə etmək, mövcud reallığı qəbul edərək, özlərini buraxmaq çağırışı edib, lakin buna əməl etməyiblər. Bakıdan dayanmağını istəyənlər də bu istiqamətdə heç bir addım atmayıb. Problemi həll etmək üçün Azərbaycan əsgəri yenə kazarmalardan çıxmalı oldu. Artıq son sözü də nə Vaşinqton, nə də digərləri yox, Bakı deyəcək".

QAZİLER.AZ

Diaspora