İran Qarabağdakı antiterror əməliyyatlarına reaksiya verib

İran Qarabağdakı antiterror əməliyyatlarına  reaksiya verib backend

“İran Qarabağda münaqişənin gərginləşməsindən narahatlığını ifadə edir”.

Qaziler.az bildirir ki, İran XİN-in teleqram kanalında yer alan xəbərə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.

Onun sözlərinə görə münaqişənin həllində ilk rolu region ölkələri oynamalıdır. Kənani əlavə edib ki, Tehran Ermənistan, Rusiya, Azərbaycan, Türkiyə, İran və Qarabağın erməni əhalisinin nümayəndələrinin iştirak edəcəyi “3+3” formatında görüş təşkil etməyə hazırdır.

“Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün münaqişənin gərginləşməsindən narahatlığını ifadə edib və bütün tərəflərdən atəşkəs sazişinin müddəalarına əməl etməyi və dialoq rejiminə keçməyi tələb edib”, - bəyanatda deyilir.

QAZİLER.AZ

Diaspora