XİN: "Erməni silahlı qüvvələri Qarabağdan qeyd-şərtsiz çıxarılmalı, qondarma rejim buraxılmalıdır"

XİN: "Erməni silahlı qüvvələri Qarabağdan qeyd-şərtsiz çıxarılmalı, qondarma rejim buraxılmalıdır" backend

"Erməni silahlı qüvvələri Qarabağdan qeyd-şərtsiz çıxarılmalı, qondarma rejim buraxılmalıdır".

Report.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanatında qeyd olunub.

"Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır", - bəyanatda vurğulanıb.

Diaspora