Taleyi müəyyən olunmuş daha 10 itkin şəhidimizin dəfn mərasimləri qanunvericiliyin tələblərinə uyğun olaraq, yaxın zamanlarda təşkil ediləcək.
Apa xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.
“Digər müvafiq məsələlərlə bağlı onların ailələrinə məlumat veriləcək", - o əlavə edib.