Hələlik yeni məhdudiyyətlər yoxdur".
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov maska rejiminin məcburi tətbiqinin mümkünlüyü ilə bağlı suala cavab olaraq bildirib.
"Hələlik Kremldə yeni məhdudiyyətlər yoxdur. Həkimlərin tövsiyələrini gözləyirik", - o vurğulayıb.
Qeyd edək ki, sentyabrın 16-da günortadan sonra məlum olub ki, Rusiya Federasiyasının Nazirlər Kabinetində koronavirusa yoluxma hallarının artması ilə əlaqədar maska rejimi yenidən tətbiq ediləcək.