Qırğızıstan səfiri Tacikistan XİN-ə çağırıldı: Ciddi ziyan...

Qırğızıstan səfiri Tacikistan XİN-ə çağırıldı: Ciddi ziyan... backend

Qırğızıstanın Düşənbədəki fövqəladə və səlahiyyətli səfiri Erdan Abdıldayev Tacikistanın Xarici İşlər Nazirliyinə dəvət olunub.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu barədə Tacikistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Söhbət zamanı Qırğızıstanın yüksək dövlət rəsmisinin sentyabrın 15-də mediaya tacik-qırğız sərhədi məsələlərinə dair açıqlamaları əsasında Tacikistan tərəfində yaranan narahatlıq səfirin diqqətinə çatdırılıb", - məlumatda deyilir.

Bildirilib ki, bu cür şərhlər Tacikistan-Qırğızıstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqlar prosesinin gedişinə, eləcə də qarşılıqlı etimada ciddi ziyan vurur.

Qeyd edək ki, XİN-in məlumatında konkret olaraq hansı bəyanatın və ya hansı Qırğızıstan rəsmisinin nəzərdə tutulduğu göstərilmir.

 

 

 

Diaspora