“Türkiyə “Bir millət, iki dövlət” anlayışı ilə Azərbaycanı dəstəkləməyə davam edir”.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Qazilər Günü münasibətilə təşkil olunmuş toplantıda bildirib.
O qeyd edib ki, ölkəsi Qafqazda sabitliyə böyük əhəmiyyət verir və regionda ən qısa zamanda daimi sülhün bərqərar olması üçün böyük səylər göstərir. (oxu.az)