Kurtidən sərt Serbiya bəyanatı: "Şərti sənəd var"

Kurtidən sərt Serbiya bəyanatı: "Şərti sənəd var" backend

Kosovanın Baş naziri Albin Kurti Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, AB-nin Belqrad-Priştina Dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak və Serbiya Prezidenti Aleksandr Vuçiç ilə görüşdən sonra mətbuata açıqlama verib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, açıqlamasında Kurti Serbiyanın iki ölkə arasında əldə olunan razılaşmanın həyata keçirilməsinə ilk növbədə Serb Bələdiyyələr Birliyinin həyata keçirilməsi ilə başlaması şərtini qəbul etmədiyini bildirib:

"Görüşdən heç bir nəticə çıxmadı. Belqraddan heç bir təklif yoxdur, şərti sənəd var. Şərtlə təklif arasında heç bir uzlaşma ola bilməz. Nəhayət, bu gün yalnız Kosovo konkret təklifdən ibarət yazılı sənəd gətirdi. Aİ tərəflərin təkliflərinin AB-nin ruhuna və formatına uyğun olmasını təmin etmək üçün oradadır”, - deyə Kurti bildirib.

QAZİLER.AZ

Diaspora