Hindistan Ermənistana 6 ədəd “ATAGS” haubitsası verib, daha 84-nü verməyi planlaşdırır.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə "Indian Defence Research Wing" saytı məlumat verib.
Yerli müdafiə şirkəti "Bharat Forge"nin rəhbəri Babu Kalyani bildirib ki, 155 mm-lik haubitsalar avqust ayında təhvil verilib.
Müdafiə sazişi 3 il ərzində Ermənistana ümumi dəyəri 155 milyon dollardan çox olan 90 ATAGS haubitsasının tədarükünü nəzərdə tutur.
Qeyd olunur ki, "Bharat Forge" müqaviləni vaxtından əvvəl yerinə yetirməyi planlaşdırır.