Avropa İttifaqı dörd Rusiya vətəndaşını sanksiya siyahısından çıxarmaq qərarına gəlib.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, məlumatı Avropa İttifaqı rəsmi portalı xəbər verib.
Aİ-nin mətbuat xidməti iddia edir ki, digər şəxslərə qarşı məhdudiyyətlər daha altı ay müddətinə uzadılıb. Onlara 15 mart 2024-cü ildə baxıla bilər.
“Sanksiyaların nəzərdən keçirilməsi kontekstində şura dörd şəxsə qarşı sanksiyaların uzadılmaması barədə qərar qəbul edib”, - bəyanatda qeyd edilib.
QAZİLER.AZ