Kallasın Türkiyə ilə bağlı qalmaqallı paylaşımı türkləri qəzəbləndirdi - FOTO/VİDEO

Kallasın Türkiyə ilə bağlı qalmaqallı paylaşımı türkləri qəzəbləndirdi - FOTO/VİDEO backend

Yunanıstan dəfələrlə İstanbul yerinə Konstantinopol deməklə türk millətinin səbrini və sərhədlərini sınayıb. Növbəti belə bir qalmaqal Estoniyanın Baş naziri Kaja Kallasdan tərəfindən baş tutub.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, İstanbul Ortodoks Patriarxlığının patriarxı və arxiyepiskopu I Varfolomey Estoniyada səfərdə olub. Kallas I Varfolomeyi Tallindəki Hökumət Evinin qapısında qarşılayıb və həmin anları sosial şəbəkədə video ilə paylaşıb.

Kallas sosial şəbəkədəki paylaşımında isə "Konstantinopol arxiyepiskopu və Ekumenik Patriarx Varfolomey hazırda Estoniyada səfərdədir", - deyə qeyd edib.

Kallasın bu paylaşımı türklər tərəfindən sərt qarşılanıb.

QAZİLER.AZ

Diaspora