Putin Paşinyanla müttəfiqliyə son qoydu - Aydın Quliyev

Putin Paşinyanla müttəfiqliyə son qoydu - Aydın Quliyev backend

Jurnalist, politoloq Aydın Quliyev Vladimir Putinin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda bugünkü çıxışı ilə bağlı şərh paylaşıb. 

Qaziler.az həmin yazını təqdim edir:

1. Moskva ilə Yerevanın bugünkü rəsmi hakimiyyəti sayılan Paşinyan arasında körpülər qırıldı.

2. Vətən müharibəsinə qədərki dövrdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Moskvanın dəhşətli və Azərbaycan üçün qəbuledilməz planının olduğu açıldı - Laçın, Kəlbəcər və Qarabağ Ermənistanın yurisdiksiyasında saxlanması şərtilə Azərbaycanla razılıq əldə edilməsi planı...

3. Qarabağın status məsələsinin həll edildiyi artıq Rusiya adından da etiraf və qəbul edildi.

4. Qarabağda yaşayan ermənilərlə əlaqədar məsələlər Ermənistanın indiki hakimiyyətinin siyasətinə aid məsələlər sırasından çıxarıldı.

5. Rusiya Qarabağın erməni sakinləri ilə bağlı məsələni Azərbaycanla ikitərəfli əsaslarda müzakirə etməkdə maraqlı olduğunu göstərdi..

6. 10 noyabr 2020-ci il razılaşmasında Paşinyanın imzası faktiki etibarsız hala gətirildi.

7. Rusiya - Ermənistan strateji müttəfiqliyinə yenidən baxılması məsələsi ən azı Paşinyan hakimiyyətdə olduğu müddətdə qüvvədədir.

8.Rusiyanın Ermənistan dövləti ilə strateji müttəfiqliyi hələlik açıq saxlanılır.

QAZİLER.AZ

Diaspora