Ərdoğanın Paşinyanı Azərbaycana qarşı təxribatlardan çəkinməyə çağırdığı aşkardır - Politoloq

 Ərdoğanın Paşinyanı Azərbaycana qarşı təxribatlardan çəkinməyə çağırdığı aşkardır - Politoloq backend

Azərbaycan və Ermənistan liderlərinin danışıqlar aparmaq üçün ən uğurlu məkan hələ istifadə edilməyən İstanbul və ya Tiflisdir.

Qaziler.az bildirir ki, Ermənistan Baş naziri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nikol Paşinyanla bu gün apardığı  telefon danışığıilə bağlı politoloq Elxan Şahinoğlu öz feysbuk səhifəsindəyazdığı şərhdə bildirib.

"Ermənistan baş naziri Nikol Paşinyan son iki gündə kiminlə mümkündürsə telefonla danışdıqdan sonra Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla da telefonla danışıb. Erməni xəbər agentlikləri liderlərin Ermənistan-Türkiyə münasibətlərini və regional məsələləri müzakirə etdiklərini bildiriblər. Ərdoğanın Paşinyanı Azərbaycana qarşı təxribatlardan çəkinməyə çağırdığı aşkardır. Türkiyə Cumhurbaşqanı bir neçə gün əvvəl hökumətin iclasından sonra xalqa müraciətində belə bir cümlə işlətmişdi: “Ermənistanın təxribat xarakterli hərəkətləri cənub regionlarımızın sabitliyi və təhlükəsizliyini ön plana çıxarır”. Ərdoğanın “Ermənistanın təxribat xarakterli hərəkətləri” dedikdə bu ölkənin Azərbaycana yönəlik təxribatlarının Türkiyənin cənub regionları üçün də təhlükəsizlik problemi yaratdığına işarə etmişdi. Ərdoğan Paşinyana bunları anlatmağa çalışıb. Böyük ehtimalla Paşinyana o da izah edilib ki, Ermənistan təxribatçı siyasətindən əl çəkməzsə İrəvan-Ankara dialoqunda irəliləyiş olmayacaq. Maraqlıdır Nikol Paşinyan liderlərə dediyi eyni “Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazıram” cümləsini Ərdoğanla telefon danışığında da səsləndiribmi? Azərbaycan və Ermənistan liderlərinin danışıqlar aparmaq üçün ən uğurlu məkan hələ istifadə edilməyən İstanbul və ya Tiflisdir", - politoloq yazıb.

QAZİLER.AZ

 

Diaspora