Silva Zelenski və Putini razı sala biləcəkmi?

Silva Zelenski və Putini razı sala biləcəkmi? backend

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya diktatoru Vladimir Putini danışıqlar masası arxasında oturmağı təklif edib.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu barədə "CNN Brasil" məlumat yayıb.

Braziliya lideri hesab edir ki, Ukraynadakı müharibəni müzakirə etmək üçün uyğun yer sentyabrın 19-da keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasıdır:

"Müharibəni müzakirə etmək üçün yer var. Sülhü müzakirə etmək üçün yer var. Orada Putin və Zelenskini danışıqlar masasına gətirə bilərsiniz. Hamı müharibənin əleyhinədir".

O əlavə edib ki, Braziliya müharibədə iştirak etməyəcək, lakin sülh danışıqlarında iştirak etmək niyyətindədir.

 

 

Diaspora