ABŞ-dən Rusiyaya cavab: "Ermənistan uzun müddətdir tərəfdaşımızdır"

ABŞ-dən Rusiyaya cavab:  "Ermənistan uzun müddətdir tərəfdaşımızdır" backend

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya haqqında söylədiyi fikirlərdən sonra İrəvan-Moskva xəttində iplər gərilib.

Paşinyan təhlükəsizlik sahəsində Rusiyadan asılı olmalarını “strateji səhv” kimi qiymətləndirib.

Rusiyanın Ukrayna müharibəsinə görə onları silah-sursatla təmin edə bilməyəcəyini deyən Paşinyan hərbi təchizatını Qərblə əvəz etmək istəyir.

Qeyd edək ki, Rusiya ilə gərginliyə səbəb olan bəyanatlardan sonra Ermənistan indi sentyabrın 11-20-də ABŞ-la birgə təlim keçirməyə hazırlaşır.

Bu vəziyyətə reaksiya verən Kreml, açıqlamasında "Biz bundan narahatıq və diqqətlə izləyirik" deyib.

Rusiyanın yuxarıdakı açıqlamasına ABŞ-dan reaksiya gecikməyib. ABŞ-ın Ermənistandakı səfirliyi belə bir təlimin iki ölkənin silahlı qüvvələri arasında hazırlığın təmin edilməsi və qarşılıqlı fəaliyyətin yaxşılaşdırılması üçün keçirildiyini bildirib.

Səfirliyin bəyanatında aşağıdakı ifadələr yer alıb:

“Ermənistan ABŞ-ın çoxdankı tərəfdaşıdır. Amerika və Ermənistan hərbi birləşmələri Ermənistan, ABŞ və digər ölkələrdə birgə hərbi təlimlərdə iştirak ediblər. Belə təlimlər Ermənistanda 2003, 2006 və 2008-ci illərdə keçirilib”.

Ermənistan mediasında rəsmi Moskvanın ABŞ-nin Ermənistanda keçirəcəyi hərbi təlimlərdən rahat olduğu qeyd edilib. Bildirilib ki, Rusiya açıqlamasında Ermənistanın Rusiyanı sıxışdırmaq üçün Qərbin alətinə çevrilməməli olduğu vurğulanıb.

QAZİLER.AZ

Diaspora