Zelenski İngiltərədən kömək istədi

Zelenski İngiltərədən kömək istədi backend

Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunakla telefonla danışıb.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, telefon danışığı zamanı Zelenski Rişi Sunaka ehtiyac duyduqları sahələrdə tələblərini çatdırıb.

Ukrayna prezident ofisindən verilən açıqlamaya görə, Zelenski Odessada hava hücumundan müdafiə sistemini gücləndirməyə və Qara dənizdə naviqasiya təhlükəsizliyini təmin etməyə ehtiyac duyduqlarını bildirib:

“Naviqasiyanın təhlükəsizliyini təmin etmək üçün bizim tərəfdaşlarımızın köməyinə, xüsusilə Odessa vilayətində hava hücumundan müdafiə sisteminin əhəmiyyətli dərəcədə gücləndirilməsinə ehtiyacımız var”, - Zelenski deyib.

QAZİLER.AZ

Diaspora