"Nə qədər çox ölkənin müxtəlif şirkətlərini Qarabağın bərpasına cəlb edə bilsək, bu bizim üçün həm iqtisadi, həm də siyasi zəmində əhəmiyyətli olacaq".
Qaziler.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu paylaşıb. O bildirib ki, bu, səfirlərimizin də ən ümdə vəzifəsi olmalıdır:
"Türkiyə, Özbəkistan, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, İtaliya, Macarıstan, Slovakiya, İsveçrə - bu hələ başlanğıcdır. Bu, Azərbaycanın xarici ölkələrdəki səfirlərinin də ən ümdə vəzifəsi olmalı, çalışdıqları ölkənin tanınmış şirkətlərinə Azərbaycanın işğal altındakı ərazilərdə fəaliyyətləriylə bağlı təkliflərini çatdırmalıdır. Bu bizə Ermənistanın və erməni lobbisinin beynəlxalq aləmdə Azərbaycana qarşı təxribatçı siyasətini neytrallaşdırmaq baxımından da vacibdir".
QAZİLER.AZ