Bildiyimiz kimi Ermənistan Müdafiə Nazirliyi öz ərazisində ABŞ-la birgə hərbi təlim keçirəcəyini açıqlayıb.
Son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə bağlı açıqlamaları və İrəvanın Qərblə yeni dialoq kanalları yaratmaq cəhdləri Moskva ilə münasibətləri gərginləşdirib. Sentyabrın 11-20-də keçiriləcək təlimlə bağlı Rusiyanın hansı mövqe tutacağı maraq doğurub.
Qaziler.az Türkiyə mediasına istinadla bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov Ermənistanın ABŞ əsgərləri ilə təlimlər keçirmək niyyətindən narahat olduqlarını bildirib.
“İnterfaks”ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi mövzu ilə bağlı sualı belə cavablandırıb:
“Xüsusən mövcud vəziyyətdə belə xəbərlər narahatlıq doğurur. Bu xəbəri dərindən təhlil edəcəyik. Hadisələri izləyəcəyik”.
Ötən gün Moskvanın verdiyi bəyanatda, Paşinyanın Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli səylərindən geri çəkildiyi və könüllü olaraq regionu tərk edəcəyi” haqda tezisi rədd edilmişdi.
Qeyd edək ki,Ermənistan Müdafiə Nazirliyi sentyabrın 11-20-də ABŞ-la "EAGLE PARTNER-2023" təlimləri təşkil edəcəklərini açıqlayıb.
ABŞ-ın təlimə hazırlaşdığı Ermənistanda Rusiyanın hərbi bazası var.
QAZİLER.AZ