Zaxarova: “Rusiya humanitar yüklərin Ağdam-Xankəndi marşrutu ilə çatdırılmasının tərəfdarıdır”

Zaxarova: “Rusiya humanitar yüklərin Ağdam-Xankəndi marşrutu ilə çatdırılmasının tərəfdarıdır” backend

“Rusiya Ağdam-Xankəndi marşrutu ilə humanitar yüklərin maneəsiz şəkildə regiona çatdırılmasının tərəfdarıdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

M.Zaxarovanın sözlərinə görə, məlum məsələ Rusiya XİN-in Azərbaycan-Ermənistan normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin İrəvan səfərində ətraflı müzakirə edilib.

“Bu günlərdə Xovayev Bakıdadır. Onun azərbaycanlı tərəfdaşlarımızla müvafiq məsləhətləşmələri planlaşdırılıb. Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin kompleks üçtərəfli razılaşmaları əsasında hərəkət edirik”, - rusiyalı diplomat vurğulayıb.

Diaspora