Zelenskinin vəzifə verdiyi 41 yaşlı müsəlman nazir KİMDİR? – Dünya mediasında yazılanlar

Zelenskinin vəzifə verdiyi 41 yaşlı müsəlman nazir KİMDİR? –  Dünya mediasında yazılanlar backend

Bildiyimiz kimi Ukrayna Müdafiə Nazirliyi mövqeyinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.  Ukrayna prezident Volodimir Zelenski Oliksey Reznikovun yerinə Rüstəm Umerovun ölkənin müdafiə naziri təyin edilməsi barədə qərar verib.

Zelenski belə bir qərar verməklə orduya və cəmiyyətə qarşı yeni yanaşmalara və yeni qarşılıqlı fəaliyyət formalarına ehtiyac duyduqlarını bildirib. Qərar beynəlxalq mediada böyük əks-səda doğurub.

Qaziler.az AA-ya istinadla dünya mediasında yazılanları təqdim edir:

Böyük Britaniyanın "The Guardian" qəzeti "Ukraynanın növbəti müdafiə naziri Rüstəm Umerov kimdir?" başlıqlı xəbərdə “Krım tatarı Rusiya ilə danışıqlarda əsas rol oynayıb”, cümlələri qeyd edilib.

Qeyd edilib ki, 41 yaşlı müsəlman Umerov telekommunikasiya işinə 2004-cü ildə başlayıb və 2019-cu ildə deputat kimi parlamentə daxil olub.

Umerovun parlamentdə Rusiyanın 2014-cü ildə ilhaqını geri qaytarmağa yönəlmiş beynəlxalq diplomatik səy olan Krım Platformasının həmsədri kimi fəaliyyət göstərdiyi bildirilir.

“CNN International” xəbər verir ki, yeni yanaşmalara ehtiyacı olan Kiyev hökuməti Rustem Umerovun adı üzərində dayanıb.

Umerovun yaxından tanındığını bildirən Zelenskinin onun dəstəklənəcəyini gözlədiyi qeyd edilib.

“Reuters” isə oxucularına Umerovun namizədliyinin prezident Zelenski tərəfindən nəzərdən keçirilməsi üçün parlamentə göndəriləcəyini açıqlayıb.

Umerovun Rusiya ilə davam edən müharibədə “həssas” danışıqlar apardığı bildirilmiş və İstanbulda imzalanmış “Qara dəniz Taxıl sazişi” nümunə kimi göstərilmişdir.

“Al Jazeera” də Rusiya-Ukrayna müharibəsini yaxından izləyən kütləyə Krım tatarı Rüstem Umerova verilən yeni vəzifəylə bağlı xəbərləri çatdırıb.

Rüstəm Umerov KİMDİR?

1982-ci ildə anadan olan Umerov Ukrayna tarixində nazir postunu tutan ilk Krım tatarı oldu.

Krım Tatar Türk xalqının lideri və Ukrayna deputatı Mustafa Əbdülcəmil Kırımoğlunun müşaviri olan Umerov əvvəllər Ukrayna Dövlət Əmlak Fondunun sədri və Ukrayna prezidentinin xüsusi nümayəndəsi vəzifələrində çalışıb.

Prezidentin Məşvərət Şurasının Ukraynanın ərəb və müsəlman dövlətləri ilə qarşılıqlı əlaqəsi üzrə komissarı Umerov 2022-ci ilin fevralından Ukraynanın Rusiya ilə danışıqlar qrupundadır.

QAZİLER.AZ

Diaspora