DÜNYABMT GBMT GERİ ADDIMLAR ATIR: təki Rusiya buna razılıq versin...

DÜNYABMT GBMT GERİ ADDIMLAR ATIR: təki Rusiya buna razılıq versin... backend

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya Federasiyasını taxıl müqaviləsinə qaytarmaq üçün Rusiyaya aktivlərinə qoyulan sanksiyaları aradan qaldırmağı təklif edir.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Bildirilir ki, Rusiyanın qida istehsalçılarının aktivləri üzərindəki sanksiyaların aradan qaldırılması üçün danışıqlara başlanılmalıdır. İndi emal olunmuş taxılın ehtiyacı olan ölkələrə ötürülməsi yolu ilə aclığın qarşısını almağa yönəlmiş layihə haqqında xüsusi müzakirələr gedir (taxıl müqaviləsi)" - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, BMT Togliatti-Odessa ammonyak boru kəmərinə dəymiş zərərin qiymətləndirilməsinə başlamağı planlaşdırır. O, 2023-cü ilin iyun ayının əvvəlində Ukrayna tərəfindən partladılıb. Rusiya ammonyakının xarici bazarlara fasiləsiz çatdırılmasını təmin etmək üçün xüsusi komissiya yaradılacaq.

Bundan əlavə, təşkilat "Rosselxozbank"ı Beynəlxalq Ödəniş Sisteminə (SWIFT) yenidən qoşmağı təklif edir.

Qeyd edək ki, Rusiya iyulun 18-dən sonra taxıl müqaviləsini yeniləmədi. Ölkə prezidenti Vladimir Putin qeyd edib ki, bu, Qərb ölkələrinin heç bir şərti yerinə yetirməməsi ilə bağlıdır.

Bundan sonra Rusiya Müdafiə Nazirliyi Qara dənizin bir hissəsini təhlükəli zona kimi tanıyıb. Bunun fonunda Ukrayna özünün taxıl dəhlizini işə salıb və artıq bir neçə gəmi keçib.

 

 

Diaspora