Arkov: Paris Bakıdan bunun qisasını alır

Arkov: Paris Bakıdan bunun qisasını alır backend

Qarabağ separatçıları öz utopik siyasi məqsədlərinə çatmaq üçün dinc ermənilərin həyatını qurban verməyə hazırdırlar.

Bu sözləri Axar.az-a rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert, “PolitRus” ekspert və analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.

“Qarabağa tədarük ilə bağlı müəyyən çətinliklər rəsmi İrəvan və Parisin regionda kinli məqsədlərini həyata keçirmək üçün şişirtdikləri bədnam yalandır: kütləvi aclıq, humanitar fəlakət yoxdur. Əgər Qarabağda vəziyyət doğrudan da dalana dirənsəydi, yüksək keyfiyyətli Azərbaycan ununu daşıyan Qızıl Aypara Cəmiyyətinin yük maşınlarını əraziyə buraxmayan yaraqlıları Qarabağ ermənilərinin özləri darmadağın edərdi və Laçın yolu ilə Ermənistana doğru axışan minlərlə qaçqını müşahidə edərdik. Reallıqda humanitar fəlakət olmadığı kimi, bütün bunlar mövcud deyil. Amma Fransanın nümayəndələri, o cümlədən Parisin meri Ann İdalqo Azərbaycanın suveren ərazisinə qeyri-qanuni yollarla daxil olmağa çalışır. Qanunsuz yolla, çünki Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən tanınan Azərbaycan ərazisidir. Hansı xarici nümayəndəliklərin bu bölgəyə buraxılacağına isə yalnız rəsmi Bakı qərar verir, o cümlədən orada yaşayan ermənilərə də. Hazırda Azərbaycan rəhbərliyindən yalnız Rusiya və Türkiyə sülhməramlı kontingenti müvafiq mandata malikdir. Qarabağda humanitar böhran yoxdur, yalnız Ermənistan və Fransanın süni şəkildə yaratdığı və qızışdırdığı siyasi böhran var. Qarabağ sakinlərinin Parisin köməyinə qətiyyən ehtiyacı yoxdur, üstəlik, Fransa və Ermənistan tərəfləri humanitar yardım adı altında Qarabağa gətirməyə çalışdıqları yüklərə Azərbaycan tərəfinə hərtərəfli yoxlama hüququ verməkdən imtina edir”, - o bildirib.

Arkov qeyd edib ki, bu baxımdan Fransanın Qarabağa silah və digər qadağan olunmuş əşyalar daxil etmək cəhdlərini istisna etmək qətiyyən mümkün deyil:

“Axı Parisin məqsədi bəllidir - Cənubi Qafqazı özünün neokoloniyasına çevirmək (Ermənistan artıq könüllü olaraq Fransanın müstəmləkəsinə çevrilib). Və bu məqsədə çatmaq üçün Paris dayanmayacaq - yeni Ermənistan-Azərbaycan müharibəsini qızışdırana qədər. Fransanın Cənubi Qafqazdakı fəallığı həm də Afrikadakı keçmiş Fransa müstəmləkələrinə nəhayət ki, Paris zülmündən qurtulmaq və tam dövlət suverenliyi əldə etməyə kömək edən Rusiya, eləcə də Türkiyədən qisas cəhdi ilə bağlıdır. Cənubi Qafqaz tarixən Rusiya və Türkiyənin maraq və təsir dairəsinə daxildir. Onların Qafqaz xalqları ilə mədəni və iqtisadi əlaqələri güclü və etibarlıdır. Ona görə də Paris Cənubi Qafqazda fəaldır, indi, necə deyirlər, Moskva və Ankaraya “cavab”ı belə verir. Bununla belə, Fransanın təşəbbüsü uğursuzluğa məhkumdur. Dünyada və Cənubi Qafqazda digər məğlubiyyətlərlə yanaşı, Emmanuel Makronu burada da biabırçı fiasko gözləyir”.

 

 

Diaspora