"Ermənistan 4 hərbçisinin məhv edildiyini, birinin yaralandığını rəsmi şəkildə açıqlayıb".
Qaziler.az xəbər verir ki, məhv edilən erməni hərbçiləri haqda politoloq Asif Nərimanlı paylaşım edib.
"Məhv edilən erməni hərbçilərdən Andranik Antonyan Zəngibasar (Masis) rayonunun Yengicə (Norabats) kəndinin sakinidir. 40 yaşlı Andranik orduda xidmət etmir, sadəcə, 25 günlük təlim-məşq toplantısı adı altında çağırılıb. Məhv edilən 37 yaşlı Arsen Mkrtçyan da Zəngibasar rayonundandır, 25 günlük təlimə çağırılıb. Hər iki şəxs hazırda döyüşlərin baş verdiyi Geğarnikə (Göyçə mahalı) avqustun 15-də aparılıb.
Bu, Ermənistanın təlim-məşq toplantısı altında canlı qüvvə topladığını və təxribata öncədən hazırlaşdığını təsdiq edir".
QAZİLER.AZ