“Can Azərbaycanın işğal altındakı torpaqlarını qaytarmasına tərəddüdsüz kömək etdik”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetində çıxışı zamanı deyib.
O bildirib ki, bunun nəticəsində Qarabağ otuz ildən sonra işğaldan azad olundu.
R. T. Ərdoğan qeyd edib ki, Türkiyə regionda sülh üçün çalışır.