İsrailin Avropaya təbii qaz ixracatında Türkiyə planı ortaya çıxıb

İsrailin Avropaya təbii qaz ixracatında  Türkiyə planı ortaya çıxıb backend

İsrailin Baş naziri Benyamin Netanyahu hakimiyyət rəsmilərinə təbii qazın Avropa ölkələrinə ixracı üçün alternativ marşrutlar hazırlamaq barədə tapşırıq verib.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə “Şarkul Avsat” məlumat yayıb.

Bildirilib ki, masadakı ən əhəmiyyətli yollardan biri təbii qazın Türkiyə üzərindən nəql olunacağı ilə bağlı planın olmasıdır.

Belə ki, İsrailin ən böyük təbii qaz yatağı olan Leviathandan Türkiyəyə dəniz altından boru kəmərinin uzadılması olduğu bildirilib.

Təklif edilən boru kəməri Türkiyə-Avropa əsas boru kəmərini İsraildəki və Misirlə Birləşmiş Ərəb Əmirlikləri kimi qonşu bölgələrdəki bol təbii qaz ehtiyatlarına birləşdirmək məqsədi daşıyır.

Təşəbbüs regionun Rusiya qazından asılılığını azaltmaq məqsədi daşıdığı bir vaxtda Avropa üçün əlverişli alternativ təbii qaz mənbələri yaratmağa çalışır.

Digər tərəfdən məlumatda, önümüzdəki həftələrdə Netanyahunun prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə bu məsələnin gündəmə gətiriləcəyi irəli sürülüb.

Qeyd edək ki, Netanyahu iyulun 28-də Türkiyəyə gəlməyi planlaşdırmış, lakin sonradan səhhətində yaranan problemlərə görə bu səfər təxirə salınıb.

QAZİLER.AZ

Diaspora