"Humanitar yüklərin Ağdam-Xankəndi yolundan Əsgəran girişində durması doğru addımdır, ancaq yetməz. Azərbaycan Qarabağın Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan bütün ərazisinin girişi mümkün olan yollarının giriş nöqtələrinə bənzər humanitar yüklərin olduğu avtomobilləri yola salmalıdır".
Qaziler.az xəbər verir ki, bu fikirlər politoloq Nazim Cəfərsoya məxsusdur. O, bu çərçivədə atılacaq addımları aşağıdakı kimi sadalayıb:
1) Bir təyyarəni humanitar yüklə doldurub Füzuliyə endirmək, orda Qızıl Aypara tırlarına yükləyib Şuşa-Xankəndi yolunun girişinə aparmaq lazımdır!
2) Humanitar yük dolu bənzər tırları Tərtərdən Rusiya sülhməramlı giriş nöqtəsinə aparmaq lazımdır!
3) Bənzər humanitar yük dolu tırları Kəlbəcərdən əlaqədar giriş yoluna aparmaq lazımdır!
4) Bənzər humanitar yük dolu tırları Xocavənddəki Rusiya sülhməramlı giriş nöqtəsinə aparmaq lazımdır!
5) Rusiya sülhməramlılarına Azərbaycan humanitar yükünün Xocalı havalimanına enməsi təklifini vermək və bunu təkidlə tələb etmək lazımdır!
Bunlar da yetməz Qarabağda giriş üçün bütün avtomobil yollarının, hətta kənd yollarının girişində humanitar yük tırları saxlamalıyıq.
Bu arada tır nömrələri arasında Xankəndi (26) Xocavənd (28) və Xocalı (25 olsun Rus sülhməramlılarının çıxış tarixi) avtomobil nömrə nişanları da olsun!
Və hər həftə bir yoldan tır göndərilməlidir. Qarabağda irili-xırdalı yəqin bir 20 ədəd yol olar!
Onların hər oyununun qabağına ən az 2 oyun da biz çıxardaq.
Bu humanitar yardım kinosunu onlar başlatdı, biz bitirək!
QAZİLER.AZ