Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında Soçidə müəyyən sazişlər imzalana bilər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbə bildirib.
“Ehtimal var ki, Türkiyə və Rusiya liderlər arasında aparılan danışıqlardan sonra Soçidə bir sıra sazişlər imzalaya bilər. Təbii ki, bu, iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verə bilər. Bununla belə, hər şey danışıqların nəticəsindən asılıdır”, - mənbə qeyd edib.
Xatırladaq ki, liderlərin sentyabrın 4-də Soçidə görüşəcəyi gözlənilir. Onların Ukraynadakı müharibəni, o cümlədən “Taxıl sazişi”nin perspektivini müzakirə edəcəkləri bildirilib.
Daha əvvəl V. Putinin Türkiyəyə gedəcəyi deyilirdi.