Ermənistanın məqsədi Azərbaycanı çətin duruma salmaqdır - Elxan Şahinoğlu

Ermənistanın məqsədi Azərbaycanı çətin duruma salmaqdır - Elxan Şahinoğlu backend

"Laçın sərhəd keçid məntəqəsində növbəti terrorçu həbs olunub. Erməni saytları həmin terrorçunu İrəvana qayıdan “tələbə” kimi qələmə verirlər. Yenə haray-həşir salmağa başlayacaqlar".

Qaziler.az xəbər verir ki, bu fikirlər politoloq Elxan Şahinoğluna məxsusdur. O, açıqlamasında bildirib ki, ermənilər Xaçartyan sərhəddə həbs olunanda da bağırırdılar, bir nəticə hasil etmədilər:

"Azərbaycana təzyiqin nəticə vermədiyini anlamırlar, doğrusu bizə qarşı elə böyük təzyiq də yoxdur. Laçın yoluna yaxın ərazidə yükləri bir aydır durduğu yerdə qalıb. Həmin yükləri Ağdam istiqamətindən çatdırılmasına razılaşsaydılar, məsələ çoxdan həll olunmuşdu. Demək, Ermənistan hakimiyyətini və Qarabağ separatçılarını bölgədə yaşayan ermənilərin sosial problemlərinin həlli maraqlandırmır, məqsədləri beynəlxalq aləmdə Azərbaycanı çətin duruma salmaqdır. Yenə nəticə əldə etmədikləri halda hələ də ərazi bütövlüyümüzə müqavimət göstərirlər".

QAZİLER.AZ

Diaspora