Böyük Britaniyanın baş naziri Rişi Sunak Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sentyabrda keçiriləcək 78-ci sessiyasında iştirak etməyə bilər.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Böyük Britaniyanın nümayəndə heyətinə baş nazirin müavini Oliver Dauden və xarici işlər naziri Ceyms Kleverli rəhbərlik edəcək. Sunakın yüksək səviyyəli həftədə iştirak etməmək qərarına gəlməsinin səbəbi açıqlanmır.
Qeyd edilir ki, Rişi Sunak sonra 10 ildə Nyu-Yorkda keçirilən bu tədbirə qatılmayan ilk Britaniya hökumət başçısı olacaq.