Fransa anti - Azərbaycan qətnaməni səsverməyə çıxarsa...- Politoloq

Fransa anti - Azərbaycan qətnaməni səsverməyə çıxarsa...- Politoloq backend

"Fransanın BMT-nin Təhlükəsizlik Şurasına Laçın yolunda maneəsiz giriş -çixisin təmin olunması və Qarabağda yaşayan ermənilərin "blokadası" ilə bağlı qətnaməni müzakirəyə çıxarması gözlənilir".

Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə öz feysbuk hesabında yazıb.

"Fransanın belə bir qətnaməni BMT TŞ - da gündəliyə çıxarması məlum olduqdan sonra, Xankəndində separatçılar Xankəndi-Ağdam yolunun açılması ilə paralel Laçın yolunun da maneəsiz açılmasını şərt kimi irəli sürdülər".

Fransa, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına mane olduğunu vurğulayan politoloq qeyd edib ki, Fransanın bu siyasəti daha çox Rusiyanın geosiyasi maraqlarına cavab verir. "Ümumiyyətlə, Parisin Cənubi Qafqazda anti-Azərbaycan siyasəti Fransanın regionda siyasi mövqelərinin güclənməsinə gətirib çıxarmayacaq. Fransa üçün Cənubi Qafqaz nə Afrika, nə də Aralıq dəniz regionudur. Bura yeni geosiyasi nizamın yaradıldığı və bu nizamı diktə edən Azərbaycan-Türkiyə tandemi hakimdir. Ona görə də Fransanın bu kimi siyasi təxribataları müsbət nəticə verməyəcək.

Fransa anti-Azərbaycan qətnaməni səsverməyə çıxarsa, üzv ölkələr tərəfindən veto qoyula bilər. Ermənistan rəhbərliyi sülh müqaviləsinin bağlanmasında maraqlı olardısa, rəsmi Paris belə bir təşəbbüslə çıxış etməzdi".

QAZİLER.AZ

 

Diaspora