Azərbaycan səfiri Türkiyə Ordusunun Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycan səfiri Türkiyə Ordusunun Baş Qərargah rəisi ilə görüşüb backend

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu ökənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla görüşüb.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Vurğulanıb ki, R.Məmmədov yeni vəzifəsində M.Güraka uğurlar arzulayıb.

R.Məmmədov isə özünün “X” hesabında yazıb ki, görüş zamanı tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub:“Əməkdaşlığın inkişaf edən xətlə davam edəcəyinə inanırıq”.

Qeyd edək ki, M.Gürak avqustun 3-də Türkiyə Ordusunun Baş Qərargah rəisi təyin olunub.

Diaspora