Priqojinin ölümünə ABŞ-nin reaksiyası: "Moskvaya qarşı üsyanla taleyini həll etdi"

Priqojinin ölümünə ABŞ-nin reaksiyası:  "Moskvaya qarşı üsyanla taleyini həll etdi" backend

ABŞ-da dərc edilən “The Atlantic” jurnalı “Son gülən Priqojin ola bilər” başlıqlı təhlilində “Kreml təhlükəli rəqibdən qurtulmuş kimi görünür” yazılıb.

Qeyd edilib ki, ilkin məlumatlarda “Vaqner” muzdlularının lideri Priqojinin öldürüldüyü göstərilib, təsdiqlənmiş detallar az olsa da, şəxsi təyyarənin vurulduğu iddia edilir.

Hadisənin bir çox şəxslər tərəfindən "sui-qəsd" kimi şərh edildiyini yazan jurnal bu sözləri qeyd edib: “Üsyançılar nadir hallarda qocalıqdan ölürlər. Priqojin iyunda Putinə qarşı uğursuz üsyanla öz taleyini müəyyən etdi. Üsyan başlayandan bir neçə saat sonra isə sona çatdı”.

Nəşr Rusiya liderinin sözünü xatırladıb: Xəyanət bağışlanmaz...

Məqalədə Priqojinin “yaşadığı hər anın Putini daha zəif göstərdiyi” fikrini paylaşdığı, bunun “daxili düşmənləri ruhlandıra və yeni təhlükə yaratmaq riski yarada biləcəyi” ifadə edilib.

Xatırladaq ki, Vladimir Putin bu ilin əvvəlində verdiyi müsahibədə liderlərin bağışlayan olmasını, lakin hər şeyin bağışlanmayacağını deyərək, mina misla olaraq xəyanəti misal çəkib.

QAZİLER.AZ

Diaspora