"Vladimir Putinin hakimiyyətdə olduğu 23 ildə ona ən ağır şilləni keçmiş dostu Priqojin vurdu, qiyam qaldırdı, iki şəhəri müqavimətsiz ələ keçirdi, ordu dondu qaldı, onu gül çiçəklə qarşılayıb gül çiçəklə yola saldılar".
Qaziler.az bildirir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu şəxsi feysbuk səhifəsində paylaşıb. O, "Vaqnerin" rəhbəri ilə bağlı şərhini ona məxsus təyyarəsinin Tver vilayətində raket vasitəsi ilə vurulmasından əvvəl verib:
"Rusiya prezidenti görüntü yaratdı ki, guya keçmiş dostunu bağışlayıb, Priqojin müxtəlif yerlərdə peyda olurdu, ancaq hər dəfəsində deyirdim və yazırdım ki, Vladimir Putin ona qarşı çıxanları heç zaman bağışlamır. Putin Priqojini illər öncə Londonda ağır maddələrlə zəhərlədiyi digər keçmiş düşməni Litvinenkonun yanına göndərdi".
Qaziler.az siyasi şərhin videosunu təqdim edir:
QAZİLER.AZ