Erməniləri Qarabağı kütləvi tərk etməyə kim təşviq edir? - ŞƏRH

Erməniləri Qarabağı kütləvi tərk etməyə kim təşviq edir? - ŞƏRH backend

Qarabağdakı Rusiya vətəndaşları bölgəni tərk edir. Bunun qısa və uzun müddətli iki səbəbi var:

1) Yəqin ki, gedənlərin bir hissəsi yay səbəbiylə bölgəyə müvəqqəti gələn və əsasən Rusiyada yaşayan Qarabağdakı erməni əsilli Rusiya vətəndaşlarıdır.

2) Vaxtilə Rusiya vətəndaşlığı almış, Rusiya vətəndaşlığına və Rus sülhməramlılarına güvənərək Qarabağda qalan insanlardır.

Xüsusilə ikinci qrupun bölgəni tərk etməsi, Rusiyanın bu bölgənin mövcud durumu və gələcəyində Azərbaycanın suverenliyinin keçərli olacağını qəbul etdiyinə dair növbəti real mühüm işarələrdən biridir.

Rusiya vətəndaşlarının bölgəni tərk erməsi Moskvanın Qarabağı Abxaziyaya çevirəcəyinə dair narahatlıqları və bölgədə yeni hərbi münaqişə yaradacağına dair tezisləri zəiflədən növbəti addım sayıla bilər. Çünki bu cür kütləvi tərk prosesləri rəsmi Moskvanın təşviqi olmadan baş verməz.

Politoloq Nazim Cəfərsoy

QAZİLER.AZ

Diaspora