"Stian Jenssenin bu cür bir təklif səsləndirməsi təsadüf deyil. Bu təklif faktiki NATO baş katibinin mesajıdır".
Qaziler.az xəbər verir ki, bu fikirlər politoloq Nazim Cəfərsoya məxsusdur.
"NATO Baş Katibinin Xüsusi Ofis Rəhbəri (təxminən bizdəki prezident aparatı rəhbəri kimidir) Stian Jenssen bir konfransda Ukraynanın Rusiyanın ələ keçirdiyi torpaqlardan vazgeçmesi halında NATO üzvü ola biləcəyini bildirib.
Jenssen NATO bürokratik aparatında yetərincə yüksək vəzifəyə malikdir və 6 ildir bu mövqedə Stolenberqin ən yaxınında olan şəxslərdəndir. Karyerasının son 13 ilində NATO-da çox yüksək eşalonlarda, baş katibilikdə siyasi müşavir, planlama direktoru da olub. Stolenberq kimi Norveçlidir, ona ofisinə rəhbərlik edəcək və birəbir işləyəcək qədər yaxındır. Onun bu cür bir təklif səsləndirməsi təsadüf deyil. Bu təklif faktiki NATO baş katibinin mesajıdır!
Vaxt var idi bu cur ideyalar Qərbdə rusçuluq olaraq görülürdü, sonra "Foreign Affairs" kimi nüfuzlu jurnallarda intellektual müzakirə mövzusu oldu. İndi NATO aparatında bas katibə çox yaxın yüksək vəzifəli rəsmi tərəfindən gündəmə gətirilir və bu bir nəbz yoxlamasıdir".
Qeyd edək ki, Stian Jenssen Ukraynanın NATO-ya üzvlüyünün həlli yolunun ərazi güzəştləri olduğunu bildirib.
QAZİLER.AZ