"Ermənistan hər şeyini Rusiya və İrana paylayıb, Qərbə verəcəkləri..." - Politoloq

"Ermənistan hər şeyini Rusiya və İrana paylayıb, Qərbə verəcəkləri..." - Politoloq backend

"Qarabağdakı ermənilərin və Ermənistanın mövcud durumu hərbi, siyasi, iqtisadi, mədəni, xüsusilə də demoqrafik və ideoloji, ümumilikdə strateji baxımdan sürdürüləbiləcək vəziyyətdə deyil".

Qaziler.az bildirir ki, bu fikirlər politoloq Nazim Cəfərsoya məxsusdur.  

"Bunu həm Paşinyan hakimiyyəti,Rusiya, Qərb, həm də İran dövlət mexanizmləri görürlər. Sadəcə hərəsi bu prosesdə öz marağını güddüyü üçün qazanan və geniş imkanlara malik tərəf olan Azərbaycandan daha çox fayda təmin etməyə çalışırlar. Ermənistanın isə onsuz da verə biləcəyi bir şeyi qalmayıb, çünki hamısını paylayıb Rusiya ilə İrana. Qərbə verəcəkləri də ciddi geosiyasi risklər yaradacaq. Bu isə bizə ciddi fürsətlər yaradır. ABŞ və Fransa kimi ölkələrdəki diasporanın istəkləri isə yerli siyasətçilərə seçkilərdə dəstək verməkdir, Azərbaycanla müzakirələrdə güzəşt almaq üçün onlara lazım olur arada!"

QAZİLER.AZ

Diaspora