Ukrayna-Polşa gərginliyi Kremlin maraqlarına xidmət edir

Ukrayna-Polşa gərginliyi Kremlin maraqlarına xidmət edir backend

Ukrayna Prezidenti Volodimir Zelenski haqlıdır, Polşa-Ukrayna münasibətlərində yaranan son gərginlik hər iki dövlətin ziyanınadır.

Son günlər iki ölkənin müxtəlif rəsmiləri bir-birlərinin ünvanına sərt ifadələr səsləndiriblər. Volodimir Zelenski heç bir siyasi məqamın Ukrayna və Polşa xalqları arasında münasibətləri korlamasına imkan verməyəcəyini söyləyib. O, buna görə də soyuqqanlı davranışa ehtiyac olduğunu vurğulayıb.

Polşa ilk gündən Ukraynaya dəstək verib, təxminən 2 milyon ukraynalı qonşu dövlətdə sığınacaq tapıb. Polşa öz büdcəsindən onların yerləşməsinə və bir qisminin işlə təmin olmasına çalışıb.

Polşa ayrıca, Ukraynaya hərbi dəstəyini davam etdirir.

Ukrayna-Polşa münasibətlərinin gərginləşməsi Kremlin maraqlarına xidmət edir. Rusiya prezidenti Vladimir Putin Polşanın guya Ukrayna torpaqlarında gözü olduğunu iddia etmişdi. Varşavanın belə bir planı yoxdur, əksinə Ukraynanın müharibədə qalib çıxması Polşanın milli və təhlükəsizlik maraqlarına cavab verir.

Politoloq Elxan Şahinoğlu

QAZİLER.AZ

Diaspora