Zaxarova: “Rusiya Bakı ilə Qarabağın erməni icması arasında danışıqların başlanmasını dəstəkləyir”

Zaxarova: “Rusiya Bakı ilə Qarabağın erməni icması arasında danışıqların başlanmasını dəstəkləyir” backend

“Rusiya Bakı ilə Azərbaycanın Qarabağ bölgəsindəki erməni icmasının nümayəndələri arasında danışıqların başlanmasını dəstəkləyir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.

“Bu mövzu maraqlı tərəflərlə görüşlərimizin gündəliyindədir. Rusiya sülhməramlıları əvvəllər iki nümayəndə heyəti arasında görüşlərin təşkilinə yardım edib. Bundan sonra da lazımi yardımı göstərməyə hazırıq. Rusiya heç bir ilkin şərt irəli sürmür, tərəflərin məsələyə yanaşmalarını yaxınlaşdırmaq üçün əzmlə çalışır”, - deyə o bildirib.

Qeyd edək ki, hazırda Yevlaxda Azərbaycan Hökumətinin nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan azsaylı erməni icmasının nümayəndələri arasında görüşün təşkili istiqamətində iş aparılır.

Bu görüşün keçirilməsi barədə təklifi heç bir üçüncü ölkə irəli sürməyib, o, xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan keçiriləcək. (oxu.az)

Diaspora