ABŞ Dövlət Departamenti: "Bakı və İrəvan çətin kompromislərə getməlidir"

ABŞ Dövlət Departamenti: "Bakı və İrəvan çətin kompromislərə getməlidir" backend

“Biz Ermənistanla Azərbaycan arasında sülh razılaşmasının əldə edilə biləcəyinə inanırıq”.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.

O bildirib ki, Bakı və İrəvan çətin kompromislərə getməlidir: “Biz sülh sazişi haqqında danışmağa davam edirik”.

M.Millerin sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan liderləri ilə danışıqlar aparır.

Diaspora