Zəngəzur dəhlizinin açılması regionda sabitlik üçün önəmlidir
Trend xəbər verir ki, bu barədə bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, güclü Türkiyə - güclü Azərbaycan, güclü Azərbaycan - güclü Türkiyədir.
"Qarabağın bərpasına, yenidən dirçəldilməsinə dəstəyimiz davam edəcək. Güclü Türkiyə - güclü Azərbaycandır və güclü Azərbaycan - güclü Türkiyədir. Beynəlxaq ictimaiyyət tərəflər arasında ayrıseçkilik etməməlidir. Onlara çağırış edərək bildirir ki, regionda sülhü dəstəkləsinlər. Regionda sabitliyə gedən yol sülhün imzalanmasından keçir. Zəngəzur dəhlizinin açılması da önəmli rola sahibdir", - deyə nazir bildirib.