"Biz bütün müqəddəs işarə və simvollara qarşı zorakılığı pisləyirik. Dinlərə qarşı heç bir təhqir qəbuledilməzdir".
Qaziler.az AA-ya istinadla xəbər verir ki, bunu Macarıstan XİN başçısı Peter Siyarto türkiyəli həmkarı Hakan Fidanla görüşündən sonra təşkil edilən mətbuat konfransında deyib.
"Biz xristian ölkəsiyik. Hər hansı bir dinin kitabını təhqir etmək bizim üçün qəbuledilməzdir", - macar nazir bildirib.
Dünyanın yeni geosiyasi və iqtisadi əsrdə olduğunu bildirən Siyarto, "Türkiyənin bu yeni dövrdəki rolu hər zamankindən daha böyükdür, çünki həm fiziki, həm də enerji təhlükəsizliyinə baxsaq, Türkiyənin əhəmiyyəti təkcə Macarıstan üçün deyil, bütün Avropanın təhlükəsizliyi baxımından böyükdür”, deyib.
Szijjarto Türkiyənin dünyanın ən böyük 10 iqtisadi gücü olmaq üçün böyük addımlar atdığını və ölkəsinin Türkiyə ilə birlikdə addımlamasının əhəmiyyətli olduğunu vurğulayıb:
“Biz bu qədər güclü tərəfdaşlıq etməsəydik, o zaman böyük səhv etmiş olarıq, çünki Türkiyə qısa müddətdə dünyanın ən güclü 10 ölkəsi arasında yer alacaq”.
QAZİLER.AZ