Ərdoğan: “KAAN”la bağlı əldə olunan razılıq Azərbaycanla əlaqələrimizin yeni mərhələsidir”

Ərdoğan: “KAAN”la bağlı əldə olunan razılıq Azərbaycanla əlaqələrimizin yeni mərhələsidir” backend

“KAAN” döyüş təyyarələri ilə bağlı Türkiyə və Azərbaycan arasında əldə olunan razılıq iki dövlətin müdafiə sənayesi sahəsindəki əlaqələrinin yeni mərhələsidir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “IDEF-2023” sərgisində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə müdafiə sənayesi sahəsindəki uğurlarını davam etdirəcək: “Bu uğurlarımız digər dövlətlər üçün də ilham mənbəyinə çevrilir”.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə müdafiə sənayesi sahəsində dostlarının yanında olmağa davam edəcək.

Qeyd edək ki, iyulun 27-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin “TUSAŞ” şirkəti arasında hərbi-texniki əməkdaşlıqla bağlı yeni saziş imzalanıb. Bu sənəd Türkiyənin milli döyüş təyyarəsi olan “KAAN”ın birgə təkmilləşdirilməsini nəzərdə tutur.

Diaspora