Fransız çadırlarda "sülhməramlı" etiraz...

Fransız çadırlarda "sülhməramlı" etiraz... backend

Özlərini 1988-ci ildə hiss edən ermənilər qədim adət-ənənələrinə sadiq qalaraq yol kəsməklə məşğul olmağa başlayıblar. Bəli, düz bildiniz söhbət Əsgəran-Ağdam yolunun ermənilər tərəfindən bağlanılmasından gedir. 

Reallıq budur ki, Azərbaycan maraqlıdır ki, onun Qarabağda yaşayan erməni vətəndaşlarının problemlərinin həllini özü etsin. Biz erməni vətəndaşlarımızın Azərbaycan bayrağı altında onun konstitusiyanın verdiyi hüquq və azadlıqlar çərçivəsində istənilən problemini,bura hansısa humanitar yardım, iş, yaşayış ilə bağlı məsələləri də daxildir, özümüz həll etməkdə haqlı və istəkliyik.

Lakin Xankəndidəki xunta və 1990-cı illərdə baş verən müharibədə əli cinayətə qarışmış "vətəndaşlarımız" hər vəchlə bizim Qarabağdakı erməni vətəndaşlarımızla münasibətillərimizə maneə törədir. Xankəndidə birinci Vardanyanla daha sonra yenidən Harutunyanla davam edən daxili propaqanda 90-ci illərin cinayətkarlarının "drijorluğu" ilə erməniləri Azərbaycanın tərkibində yaşayışın mümkünsüzlüyünə inandırmağa çalışır və bəzi hallarda buna nail ola bilirlər. 

Harutunyan bilir ki, Azərbaycan tamamilə Qarabağda nəzarəti əla alsa və Xankəndində Azərbaycan bayrağı dalğalansa Qarabağdakı "önəmli şəxs" missiyası Ermənistanda olmayacaq. Eyni zamanda, 90-cı illərin müharibəsində əli cinayətlərə batmış "vətəndaşlarımız" da bilirlər ki, Azərbaycan heç bir cinayəti cəzasız qoymur. Məhs sadaladığım bu səbəblər, eyni zamanda onlara "motivasiya" verən qüvvələrlə birlikdə Azərbaycan vətəndaşı olan Qarabağ erməniləri ilə aid olduqları dövlət arasında tikanlı məftil funksiyasını yerinə yetirir. 

"Humanitar böhran" yaşayan və bunu dünyaya bağıran separatçı rejim Xankəndidəki gecə klublarından, Xankəndi bağlarında çəkilən kabablardan ya xəbərsizdir, ya da Qarabağ ermənilərinə uyğuladıqları senzuranı sosial şəbəkə seqmentində həyata keçirtməyi unudub. 

Xalqımızın gözəl bir məsəli var "Babalı öz boynuna" indi yalandırsa əgər babalları öz boyunlarına. Dediklərinə inansaq Qarabağda 40-50 min erməni var. Yaxşı bu qədər erməni olan yerdə bir ağıllı yoxdur ki, deyə ki, bizim Əsgəran-Ağdam yolunu bağlamaqda məqsədimiz nədir ? Özləri öz humanitar dəstək yollarını bağlayıb dünyaya biz acıq, susuzuq, dərmansız qalmışıq bağırırlar. Ermənilər dünyanı 90-cı illərin dünyası ilə səhf salırlar, elə bilirlər ki, Əsgəran-Ağdam yolunda Humanitar böhran içindəyik deyib, axşam da Əsgəranda kabab çəkəndə heç kim bilməyəcək. Hörmətli erməni vətəndaşlarımız, sizin Əsgərənda çəkdiyiniz kabab ilə erməni çaxırının qoxusu Parisdən gəlir, xəbəriniz yoxdur.

Humanitar yardım olmayan yerdə çadırı hardan tapdınız ? Harutunyan Fransız çadırında rus kanalına verdiyi müsahibəni özü baxsa inanmaz, amma dünyanı inandırmağa çalışır. 

Yaradılan şouya Azərbaycan Prezidenti cənab İlham Əliyev Şuşada yerində və zamanında cavab verdi, düşünürəm ermənilər üçün bir televizor göndərək oturub baxsınlar reallıqlar nədir. 

Cənab Prezident dediyi kimi bizim heç bir erməni vətəndaşımızla problemimiz yoxdur. Azərbaycanda onlarla xalq yaşayır və bu xalqlar heç bir problem, haqqsızlıq yaşamadan bütün vətəndaşlıq hüquqlarından istifadə edərək yaşayırlar. Həmçinin erməni vətəndaşlarımızın da hüquqları Azərbaycan tərəfindən tam olaraq təmin edilə bilər. 

Ermənilər başa düşməlidirlər ki, Qarabağda hansıməramlı olduqları bilinməyən qüvvələrin "tırka"ları ilə onların heç bir gələcəyi ola bilməz.

Azərbaycan öz suveren ərazisində istənilən qərarı qəbul edə və həyata keçirə bilər. Və onu da unutmamalıdırlar ki, Azərbaycan bütün hərəkətləri beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq edir. Biz Laçında sərhəd keçid məntəqəsi qoymuşuq və bu məntəqəni istədiyimiz kimi istifadə edə bilərik.

Ermənilər üçün daha doğrusu, erməni vətəndaşlarımız üçün istənilən humanitar yardımı təmin etməyə hazırıq. Bu gün Bərdə-Ağdam və Ağdam-Əsgəran yolu humanitar yardım üçün ən ideal və ən rahat , eyni zamanda ən sürətli yoldur. İstənilən halda Azərbaycan öz vətəndaşalrı üçün vaxtından zamanından asılı olmayaraq humanitar dəstək göstərə bilər. 

Azərbaycanın Qarabağ İcmasına və digər qurum və ictimai təşkilatlarımıza Qarabağda yaşayan erməni sakinlərimizin dəfələrlə müraciətləri daxil olub. Biz bilirik ki, Azərbaycan vətəndaşı olaraq Qarabağda yaşamaq istəyən erməni sakinlərimiz var, biz bilir ki, orda baş verənlər kimlərinsə maraqlarına xidmət edir. Biz proseslərə daha sərt müdaxilə edə bilmərikmi ? Əlbəttə, edə bilərik, sadəcə Azərbaycan Prezidenti öz vətəndaşlarımızın öz yollarını özləri seçməsi üçün humanistlik nümunə göstərir, biz nəinki müdaxilə etmirik, hətta problemlərin həlli üçün dəstək təkliflərimizi edirik. 

Cənab Prezidentin göstərdiyi humanistlik nümunələrindən biri də ermənilərlə danışıq üçün nümayəndə təyin etməsidir. Azərrbaycan bütün beynəlxalq hüquq normalarına uyğun olaraq Qarabağdakı vətəndaşlarının daim yanındadır. Və biz
rahat şəkildə və ürək açıqlığı ilə deyə bilər ki, Azərbaycan Qarabağ erməniləri üçün bütün lazımı tədbirləri görməyə hazırdır.

Diaspora